Tələbəyə göndərilən mükafata görə niyə gömrük rüsumu alınıb? - Komitədən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbəyə göndərilən mükafata görə niyə gömrük rüsumu alınıb? - Komitədən AÇIQLAMA

Qafar Ağayev10:36 - 05 / 09 / 2024
Tələbəyə göndərilən mükafata görə niyə gömrük rüsumu alınıb? - Komitədən AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük ödənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

1news.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.

Komitədən bildirilib ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb.

"Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir. Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır" - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Paylaş:
249

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər