Fərhad Hacıyev: “Yüksəliş” qaliblərinin mentorluq proqramı çərçivəsində 35-ə yaxın tələbə işə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərhad Hacıyev: “Yüksəliş” qaliblərinin mentorluq proqramı çərçivəsində 35-ə yaxın tələbə işə cəlb olunub

1news Redaksiyası12:21 - Bu gün
Fərhad Hacıyev: “Yüksəliş” qaliblərinin mentorluq proqramı çərçivəsində 35-ə yaxın tələbə işə cəlb olunub

“Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən həyata keçirilən mentorluq proqramı çərçivəsində indiyədək 35-ə yaxın tələbə işə cəlb olunub.

1news.az xəbər verir ki, bunu “Yüksəliş Seminariyası”nın açılış mərasimində çıxış edən “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, mentorluq proqramı tələbələrin əmək bazarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

“Bu günə qədər müsabiqənin 136 qalibi olub. Qaliblərimiz tərəfindən həyata keçirilən mentorluq proqramını tələbələr üçün açıq edirik. Hər elan üzrə 500-600 tələbə müraciət edir.

Bu günə qədər mentorluq proqramı başa çatana qədər təxminən 35 tələbə qaliblərimiz tərəfindən işə götürülüb. Düşünürəm ki, bu, gənclər üçün yaxşı imkan yaradır. Onlar məhz tələbəlik illərindən əmək fəaliyyətinə başlaya bilirlər”, -Proqram tələbələrin praktiki təcrübə qazanmasına, əmək fəaliyyətinə daha erkən başlamasına və gələcək karyeraları üçün yeni imkanlar əldə etməsinə şərait yaradır”.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər