WhatsApp-da yenilik: Instagram-dakı funksiya bura da gəldi | 1news.az | Xəbərlər
Cəmiyyət

WhatsApp-da yenilik: Instagram-dakı funksiya bura da gəldi

1news Redaksiyası11:36 - Bu gün
WhatsApp-da yenilik: Instagram-dakı funksiya bura da gəldi

WhatsApp-a Instagram-dakı "Yaxın dostlar” funksiyasına bənzər yeni imkan əlavə edilib.

1news.az xəbər verir ki, yenilik istifadəçilərə statuslarını yalnız "Yaxın dostlar” siyahısında yer alan şəxslərlə paylaşmağa imkan verir.
Bu üsulla paylaşılan statuslar adi paylaşımlardan bənövşəyi rəngi ilə fərqlənir. Həmçinin statusa baxan şəxslər paylaşımın müəllifin yalnız seçilmiş şəxslər üçün nəzərdə tutduğu status olduğunu görə bilirlər.

Qeyd edək ki, Instagram-da eyni funksiya yaşıl rənglə fərqləndirilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər