Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

Qafar Ağayev14:55 - 11 / 09 / 2024
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

Bakıdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a bildirilib ki, Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar “Avtovağzal” metrostansiyasından “Neoplan” avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.

“Bu həftənin sonundan etibarən isə Sumqayıta metronun “Azadlıq prospekti” stansiyasından da yola düşmək mümkün olacaq. Belə ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. Eyni zamanda, metronun “20 Yanvar” stansiyasının yaxınlığından, “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir”, - deyə AYNA-dan verilən məlumatda bildirilir.

Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır. Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus, metro vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.

Paylaş:
296

Son xəbərlər

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTOBu gün, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏTBu gün, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdiBu gün, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTOBu gün, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edibBu gün, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıbBu gün, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEOBu gün, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdiBu gün, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibBu gün, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdiBu gün, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?Bu gün, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayırBu gün, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaqBu gün, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilibBu gün, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblarBu gün, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədirBu gün, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaqBu gün, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıbBu gün, 14:33Bu gün Səməd Səmədovun doğum günüdürBu gün, 14:29HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir - VİDEOBu gün, 14:06
Bütün xəbərlər