İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
1news.az xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini dedi və Azərbaycanda istismar olunan “Gulfstream” təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirdi. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızının gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
14:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
1news.az-In məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.