Muxtar Babayev: Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev: Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir

11:23 - 26 / 09 / 2024
Muxtar Babayev: Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir

Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.

Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edildiyini də diqqətə çatdırıb.

Paylaş:
411

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər