COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ

Qafar Ağayev12:56 - 02 / 11 / 2024
COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ

Vətən sərhəddən başlayır. O sərhəd ki, oradan həm xoş xoşməramlı, həm də bədməramlı qonaqlarımız gələ bilər.

Günü-gündən inkişaf edən, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyanın əksər ölkələrinin diqqət mərkəzindədir. 10 gün sonra ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasın (COP29) keçiriləcək. Ölkəmizə gələn qonaqların ilk qarşılanacağı yer elə sərhəd buraxılış məntəqələridir. Bəs görəsən Dövlət Sərhəd Xidməti Nəzarət Xidmətində COP29-a hazırlıq necə gedir? Hansı yeniliklər olacaq?

Elə bu məqsədlə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti komanlığında mediatur keçirilib.

1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda çıxış edən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev Sərhəd Nəzarətinin tarixi və xidməti fəaliyyəti haqqında media nümayəndələrinə məlumat verib.

General-leytenanat Elşən Verdiyev

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidini təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunmuş, zəruri tədbirlər görülmüş və bütün tapşırıqlar tam olaraq icra edilib.

Daha sonra media nümayəndələri Sərhəd Nəzarəti komandanlığının inzibati binası ilə tanış olduq.

Sərhəd Nəzarətinin videomüşahidə və qaynar xətt mərkəzi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin baş zabiti polkovnik-leytenant Pərvanə Tağıyeva deyib ki, burada Sərhəd Nəzarətinin videomüşahidə və qaynar xətt mərkəzində sərhəd buraxılış məntəqələrimiz kameralar vasitəsi ilə müşahidə olunur.

Polkovnik Pərvanə Tağıyeva

O, deyib ki, dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin buraxılışını nəzarətdə saxlanılır.

"Baş verə biləcək nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Eyni zamanda Sərhəd Nəzarətinin 1658 nömrəli qaynar-xətt xidməti də 24 saat fəaliyyət göstərir. Operatorlar operativ olaraq daxil olan müraciətləri cavablandırır, şikayət və təklifləri qəbul edirlər".

Sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, səyyar radiasiya aşkar etmə avadanlığı, kinoloji itlər...

Binada Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris siniflər və heyətinin istirahəti üçün otaqlar da var.

Bildirib ki, sərhəd buraxılış məntəqələrində heyətin bilik və bacarıqlarını artırmaq üçün təlimlər istifadə edilir. Burada saxta pasportları müəyyən etmək üçün xüsusi-texniki vasitələr, lupalar, requlalar mövcuddur. Nəqliyyat vasitəsində görünməyən hissələrinə baxış keçirmək üçün 3011 tipli xüsusi cihaz var.

Dövlət sərhədindən keçən yüklərin tərkibibdə olan radioaktiv maddələri aşkar etmək üçün cizalar nümayiş etdirilib. Qeyd olunub ki, həmin cihazlar vasitəsilə dövlət sərhədi ilə hərəkət edən yüklərin tərkibi, ölçüləri, dövlət sərhədinə buraxılış qaydasına uyğun qeydiyyatın aparılması üçün avadanlıqlar var. Həmin cihazlar vasitəsilə aparılan yükün tərkibində olan radiaktiv maddəri aşkar etmək mümkündür.

Mediatur zamanı maraqlı məqamlardan biri Dövlət sərhədindən buraxılış məntəqələrində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlərin gizlədilmiş maddəni tapması oldu. Belə ki, sərhədçilər itlər vasitəsilə maşına yaxınlaşdılar və it tez bir zamanda gizlədilmiş maddəni tapdı. Bu kinoloji itlərin narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunmasında önəmli rolu olduğu vurğulandı.

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəyə gələnlərin sənədlərinin yoxlanılması

Növbəti və son istiqamətimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd buraxılış məntəqəsinə oldu.

Burada da jurnalistləri maraqlandıran suallar cavablandırıldı. Xüsusən də COP29 zamanı pasport kontrol məntəqələrinin fəaliyyəti ilə bağlı hamını maraqlandıran məqamlara aydınlıq gətirildi.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin hərbi qulluqçusu mayor Nicat Cahidzadə deyib ki, Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa zamanda sənədləri yoxlayacaq.

Mayor Nicat Cahidzadə

O, bildirib ki, sərhədçilər rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər.

“ COP29 tədbirinin qonaqlarının qarşılanması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. COP29 tədbirinin yüksək səviyyədə təşkili zamanı bizim əsas öhdəliklərimiz - tədbirdən öncə və sonra əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, dövlət sərhədində, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil olunması, digər dövlət qurumları ilə qarşılıqlı olaraq müvafiq məlumatların operativ şəkildə əlaqələndirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədində, qanunvericilik çərçivəsində, gecikmələrə yol verilmədən keçidinin təmin olunması üçün xüsusi elektrik vasitələrinin işləkliyinə nəzarət edilməsidir".

Onu da qeyd etmək lazımdır ki, olduqca nəzakətli, gülərüz personal ölkəyə gələnlərin tez bir zamanda keçidini elə bizim gözümüz qarşısında təmin edirdi.

Eyni zamanda hava limanında aşkar edilən saxta sənədlərin saxlandığı otaqla da tanış olduq. Burada müxtəlif saxta pasportlar və saxta pasportları müəyyən etmək üçün cihazlar nümayiş etdirildi

Mediaturda iştirak edən hərbi ekspert Ramil Məmmədli deyib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığının fəaliyyəti, ölkənin sərhəd keçid məntəqələrinin fəaliyyətinin tənzimlənməsidir.

Ramil Məmmədli

“Bu kontekstdə həmçinin hava limanlarında xidmətin aparılmasıdır. Azərbaycanın əsas beynəlxalq hava limanı Heydər Əliyev Beynəlxal Hava Limanıdır və burada gördüyümüz kimi COP29-a gələn qonaqların qarşılanması ilə bağlı hazırlıq yüksək səviyyədədir.

Qonaqların ölkəyə girişinin tənzimlənməsi, onların sürətli keçidinin təşkili üçün lazım olan tədbirlər həyata keçirilib. Müasir, innovativ texnologiyalardan istifadə etməklə bu məsələnin sürətli şəkildə həlli istiqamətində addımlar atılıb. Əsas məsələ təbii ki, texnoloji avadanlıqlarla bağlıdır ki, bununla bağlı hər hansı bir sual və narahatlıq yoxdur. Bu istiqamətdə Dövlət Sərhəd Nəzarəti Komandanlığı lazım olan avadanlıqlarla sərhəd keçid məntəqələrini təmin edib və bununla da gələn qonaqların bildirilən informasiyaya görə gələn qonaqların qısa bir zamanda keçidinin təmin olunması həyata keçiriləcək”.

Həmçinin oxuyun: Müasir silahlarla təchiz olunmuş gəmilər, radarlar, nəzarət kameraları - Sahil Mühafizə gəmiləri ilə dənizdə MEDİATUR

Paylaş:
809

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər