İki BOKT-un vəzifəli şəxsləri cərimə edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

İki BOKT-un vəzifəli şəxsləri cərimə edildi

Qafar Ağayev09:50 - 05 / 11 / 2024
İki BOKT-un vəzifəli şəxsləri cərimə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxsləri cərimələnib.

Bu barədə 1news.az tənzimləyici quruma istinadən xəbər verir.

Belə ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.

Həmçinin, bildirilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” Bank olmayan kredit təşkilatı MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 000 (üç min) manat məbləğində cərimə edilib.

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər