Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib | 1news.az | Xəbərlər
Dünya

Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib

15:35 - 08 / 11 / 2024
Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib

Minsk Milli Kitabxanasının binasında 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağı və zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş etdirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, tədbir Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə baş tutub və hər iki ölkə arasındakı dostluq münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.

Turistlər və şəhər sakinləri arasında böyük maraq doğuran bu təşəbbüs Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın təbliğinə müsbət təsir edir.

Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

Paylaş:
473

Son xəbərlər

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24
Bütün xəbərlər