MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb | 1news.az | Xəbərlər
Siyasət

MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb

Qafar Ağayev17:06 - 09 / 11 / 2024
MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb

“Global Witness” adlı beynəlxalq QHT noyabrın 8-də apardığı “araşdırma” ilə bağlı iki xəbər yayıb. “COP rəsmiləri gizli araşdırma zamanı saxta sərmayəçi üçün qalıq yanacaqla bağlı danışıqları asanlaşdırır” və “COP29 neft sövdələşmələri üçün” başlıqlı yazılarda COP29-un baş icraçı direktoru Elnur Soltanovla videokonfrans formatında keçirilmiş görüşə istinad olunaraq beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olub ki, doğrudan da, cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş tutub: “Eyni zamanda, həmin görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməyib”.

Həmçinin vurğulanıb ki, “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol verib:

“Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini (www.eccapitalholdings.com) və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olub”.

Diqqətə çatdırılıb ki, bu əməliyyatda “Global Witness”ə informasiya dəstəyi BBC tərəfindən verilib:

“BBC-nin “COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global Witness” və BBC tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün bununla

Paylaş:
235

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər