Pakistanın Baş naziri: COP29 iqlim maliyyələşdirilməsinin miqyasını genişləndirə biləcək
"COP29, maliyyə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini vurğulamaq üçün mühüm bir platformadır".
1news.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevi COP29 konfransını təşkil etdiyinə görə təbrik edirəm. Bu konfrans, artıq bəzi ölkələrin üzləşdiyi və gələcəkdə digər ölkələri də təhdid edəcək iqlim fəlakətlərinin müzakirəsi üçün əhəmiyyətli bir platformadır," - deyə baş nazir vurğulayıb.
O, əmin olduğunu bildirib ki, Azərbaycanın sədrliyi ilə COP29, maliyyə məsələlərinə diqqət çəkən bir konfransa çevrilərək prosesə etimadı bərpa edəcək və iqlim maliyyələşdirilməsinin miqyasını genişləndirə biləcək.