Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir”

11:50 - 13 / 11 / 2024
Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir”

“Azərbaycan Kolumbiya və Səudiyyə Ərəbistanı ilə birlikdə iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq”.

1news.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində Bakıda "İqlim dəyişmələrinin su hövzələrinə mənfi təsirləri" mövzusunda panel müzakirələri mövzusunda çıxışı zamanı COP29-un Prezidenti Muxtar Babayev deyib.

"Bu gün iqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir. Su bu problemlərin həllinin əsas amilidir. COP29-un Prezidentliyi dövründə biz Pakistanda baş verən faciəvi daşqınların şahidi olduq. İqlim dəyişikliyinin təsirləri Azərbaycanda da müşahidə edilir. Təkcə Azərbaycan deyil, digər Xəzəryanı ölkələr də dənizin vəziyyətindən narahatdır. Keçən il qeydə alınan yüksək istilər nəticəsində son 50 ildə buzlaqların ərimə prosesi rekord həddə çatıb. Bütün iştirakçı təşkilatlara təşəkkür edirik və fəaliyyətimizin davamlılığını təmin etmək üçün Bakı təşəbbüsünü həyata keçirəcəyik”.

Tədbirdə ötən il dünya üzrə 24 milyon insanın su çatışmazlığından əziyyət çəkdiyi vurğulanıb və Azərbaycanın bu qlobal problemə diqqəti yüksək qiymətləndirilib. Konfransın nəticəsiz olmayacağına ümid ifadə olunub.

Muxtar Babayev tədbirin sonunda bütün iştirakçı ölkələri iqlim dəyişikliyinin zərərli təsirlərini azaltmağa yönələn səyləri artırmağa çağırıb.

Tədbir mətbuata qapalı şəkildə davam etdirilib.

Paylaş:
153

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər