Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşüb

14:53 - Bu gün
Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.

1news.az xəbər verir ki, Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün Azərbaycanı təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir.

Qonaq xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.

Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.

Vurğulanıb ki, iqlim dəyişikliyi zəmanənin ən aktual problemidir və təxirəsalınmadan müvafiq addımların atılmasını tələb edir. Milli Məclisin sədri bu kimi vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib. O, təəssüflə qeyd edib ki, tədbirdən əvvəl bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Spiker bunu ölkənin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı qısqanc münasibətlə əlaqələndirib.

Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.

Paylaş:
41

Son xəbərlər

Üçüncü kurs tələbəsi dəm qazından boğulubBu gün, 17:33Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblərBu gün, 17:28Mikayıl Cabbarov ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirdi - FOTOBu gün, 17:13Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik edibBu gün, 13:38ADY-də təyinat - Arif Ağayev müavin olduBu gün, 13:20AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdurBu gün, 13:18Şənbə gününün hava proqnozuBu gün, 13:08Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olarBu gün, 12:50
Bütün xəbərlər