İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

12:04 - Bu gün
İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

1news.az xəbər verir ki, dövlət başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğuladı.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunuldu, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edildi. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlandı, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirildi, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulandı.

Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkələr arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olundu.

Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezident bildirdi ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.

10:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir.

Paylaş:
88

Son xəbərlər

Bakıda hərbçi qəfil vəfat etdiBu gün, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatırBu gün, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdiBu gün, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıbBu gün, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıbBu gün, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilibBu gün, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39
Bütün xəbərlər