Yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği açıqlanıb

Qafar Ağayev17:57 - 09 / 12 / 2024
Yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği açıqlanıb

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Bu barədə 1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər