Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb - FOTO

Qafar Ağayev12:54 - 17 / 12 / 2024
Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb - FOTO

Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

Onların əməlləri ilə bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər