Prezident Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib

11:17 - 01 / 01 / 2025
Prezident Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Sudanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
269

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər