Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır | 1news.az | Xəbərlər
Siyasət

Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır

Qafar Ağayev09:37 - 03 / 01 / 2025
Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır

"AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır".

1news.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тілі” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Paylaş:
259

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər