Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Qafar Ağayev10:03 - Bu gün
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

1news.az xəbər verir ki, hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər