Nazir: İxtisasını yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: İxtisasını yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

Qafar Ağayev15:29 - 06 / 02 / 2025
Nazir: İxtisasını yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

“Ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu zamanı namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq”.

1news.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayevin fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, direktor müavinlərinin işə qəbulunda isə sertifikatlaşdırma balı ilə yanaşı, müəssisə rəhbərinin rəyi də əsas götürüləcək. Şərtlərə uyğun olan namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

O, həmçinin qeyd edib ki, öz ixtisasını yaxşı bilməyən müəllimlərin direktor vəzifəsinə təyin olunması mümkün deyil.

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər