Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Qafar Ağayev11:06 - 19 / 02 / 2025
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda milli üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Yığmanın heyətində Baqir Əmirxanlı (60 kiloqram) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kiloqram) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kiloqram) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Paylaş:
136

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər