İstanbulda 6.2 bal gücündə zəlzələ olub - YENİLƏNİB

İstanbulun Silivri sahillərində Silivridə 6.2 bal gücündə zəlzələ baş verib
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Silivri rayonunda güclü zəlzələnin baş verdiyini açıqlayıb.
AFAD-ın məlumatına əsasən, yerli vaxtla saat 12:49-da episentri İstanbulun Silivri rayonu olan 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ İstanbul və ətraf vilayətlərdə də güclü şəkildə hiss olunub. Hazırda dağıntılar və ya insan tələfatı ilə bağlı rəsmi məlumat verilməyib. Əraziyə aidiyyəti qurumlar cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
***
13:55
İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:13-də zəlzələ baş verib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mərmərə dənizinin açıqlarında qeydə alınan yeraltı təkanların gücü 3.9 bal təşkil edib. Zəlzələnin ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, zəlzələnin episentri Silivri sahillərində olub. Kandilli Rəsədxanasının məlumatına görə isə yeraltı təkanların gücü 4.0 bal olaraq ölçülüb.
Zəlzələ İstanbulun bir sıra bölgələrində və ətraf şəhərlərdə də hiss olunub. Hazırda dağıntı və ya xəsarət barədə məlumat verilməyib. Mütəxəssislər bölgədə baş verə biləcək təkanlara qarşı diqqətli olmağa çağırır.