Roma Papası vəfat etdi | 1news.az | Xəbərlər
Dünya

Roma Papası vəfat etdi

Qafar Ağayev12:04 - Bu gün
Roma Papası vəfat etdi

Papa Fransisk 88 yaşında vəfat etdi

1news.az "Sky News" a istinadən xəbər verir ki, Vatikanın yaydığı rəsmi məlumata görə, Katolik Kilsəsinin rəhbəri və Roma Yepiskopu Papa Fransisk 88 yaşında dünyasını dəyişib.

2013-cü ildə sələfi Benedikt XVI-nin istefasından sonra papalıq vəzifəsinə seçilən Papa Fransisk son illərdə sağlamlıq problemləri ilə gündəmdə idi. Onun fəaliyyəti dövründə bir neçə dəfə xəstəxanaya yerləşdirilməsi ictimaiyyətin diqqətini çəkmişdi.

Qeyd edək ki, bu ilin 14 fevral tarixində Papa Fransisk bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Paylaş:
153

Son xəbərlər

Bütün xəbərlər