Ərdoğan: “Zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun”

Prezident Rəcəb Tayyib Ərdoğan, qısa müddət əvvəl İstanbul və Marmara bölgəsində baş verən 6.2 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Prezident Ərdoğan İstanbulda yaşayanlar başda olmaqla, zəlzələdən təsirlənən bütün vətəndaşlara keçmiş olsun arzularını çatdırıb.
O, dövlətin bütün aidiyyəti qurumlarının səfərbər olduğunu və zəruri tədbirlərin dərhal görüldüyünü bildirib.
“Qısa müddət əvvəl İstanbulda 6.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırıram. AFAD, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarımız yüksək hazırlıq vəziyyətindədir. Axtarış-xilasetmə və qiymətləndirmə işləri həssaslıqla davam etdirilir. Hadisəni çox yaxından izləyirik,” – deyə Prezident vurğulayıb.
“Hazırda narahatedici bir vəziyyət yoxdur”
Ərdoğan əlavə edib ki, AFAD rəhbəri, İstanbul valisi və müvafiq nazirlərdən ən son məlumatları aldığını və hazırda narahatedici bir vəziyyətin qeydə alınmadığını bildirib: “Elhamdülillah, şimdilik ciddi bir problem görünmür”.