Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlanıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlanıb - YENİLƏNİB 1

16:14 - 31 / 05 / 2025
Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlanıb - YENİLƏNİB 1

Mayın 31-i saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şəxsə sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

15:17

Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib. Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

14:35

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
280

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər