Azərbaycan Qran Prisi: Təkcə yarış deyil, təcrübədir!

Formula 1 təqvimində hər mərhələ özünəməxsusdur.
Amma bir yarış var ki, sürət, tarix, vizual estetik və şəhər enerjisi burada vahid ritmdə döyünür. Bu Azərbaycan Qran Prisidir.
Niyə fanatlar Azərbaycan Qran Prisini seçir?
1. Şəhərin mərkəzində yarış – həm də unikal mənzərə ilə
Bakı trası dünyada azsaylı şəhər traslarındandır ki, bir tərəfdə UNESCO irsi olan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq və Xəzər sahili görünür. Bu, yalnız yarış deyil – bu, şəhərin özü ilə yarışmaqdır.
2. Yarışın özü qədər – nəticəsi də gözlənilməzdir
Azərbaycan Qran Prisi Formula 1 təqvimində ən çox dəyişkənlik və sürpriz yaşanan yarışlardan biridir. Burada qaliblər öncədən proqnozlaşdırılmır – və bu, azarkeşlər üçün yarışa xüsusi maraq yaradır.
3. Sürətin zirvəsi – şəhər trası olsa da, döngələrdə sürət 350 km/saat
Bakı trası ən sürətli şəhər trasıdır. Hər döngə strategiyadır. Hər saniyə nəticəni dəyişə bilər.
4. Yarışla bərabər festival atmosferi
Azərbaycan QP fan zonaları, musiqi proqramları, mətbəx təqdimatları və şəhər mərkəzində qurulan infrastruktur tədbiri tam fərqli səviyyəyə daşıyır.
5. Formula 1 vasitəsilə Azərbaycan qlobal media səhnəsində
Yarış dünyanın 180-dən çox ölkəsində canlı yayımlanır. Hər il milyonlarla tamaşaçı Bakının siması, turizm imkanları və müasir infrastrukturu ilə tanış olur. Bu, klassik reklamla müqayisə edilməyəcək qədər təsirli bir tanıtım gücüdür.
6. Regionda liderlik: Cənubi Qafqazda yeganə Formula 1 mərhələsi
Azərbaycan Qran Prisi təkcə ölkə üçün deyil, bütün region üçün strateji hadisədir. Qonşu ölkələrdən minlərlə tamaşaçı üçün Bakı, Formula 1-i yerində izləyə bilmək üçün yeganə məkandır.
Formula 1 Azərbaycan Qran Prisi artıq sadəcə bir yarış deyil ölkənin brendinə çevrilmiş beynəlxalq idman və mədəniyyət platformasıdır.
Bu tədbir təkcə yarışsevərləri deyil, ölkənin turizmi, iqtisadiyyatı və beynəlxalq imici üçün də dəyər yaradır.
Sentyabrın 19–21-də Bakı bu enerjini bir daha yaşayacaq.

