Nərimanovda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO

Qafar Ağayev12:50 - Bu gün
Nərimanovda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO

Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

"Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub və bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər