Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın növbəti uğurlu nəticəsi olaraq, 2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 1news.az-a verilən məlumata görə, seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.
Qeyd edək ki, bu təqaüd proqramında iştirak edən 23 ölkə arasında Azərbaycan tələbələri say çoxluğuna görə ilk üçlükdə yer alıb (https://www.viaa.gov.lv/en/article/results-latvian-state-scholarships-studies-20252026)
Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.