Mikayıl Cabbarov: Azərbaycan beynəlxalq hüququn pozulmasının nəticələrini yaxşı bilir
“Azərbaycan beynəlxalq hüquqa əməl olunmamasının nə demək olduğunu çox yaxşı bilən ölkədir”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” adlı paneldə bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən iclaslarda dəvət olunmuş ölkə kimi iştirak edib və Si Cinpin tərəfindən irəli sürülən təşəbbüsləri geniş şəkildə dəstəkləyir”.
O, bildirib ki, Azərbaycanın keçmişi beynəlxalq hüququn pozulmasının nəticələrini açıq şəkildə göstərir.
“Müstəqilliyini bərpa etdiyi ilk gündən ölkə beynəlxalq hüququn pozulmasından birbaşa zərər çəkib
“Əsas məsələ prinsiplərin özündə deyil, onların praktikada necə tətbiq olunmasındadır”.












