Ceyhun Bayramov pakistanlı həmkarı ilə cari regional təhlükəsizlik vəziyyətini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov pakistanlı həmkarı ilə cari regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Qafar Ağayev09:06 - Bu gün
Ceyhun Bayramov pakistanlı həmkarı ilə cari regional təhlükəsizlik vəziyyətini müzakirə edib

12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.


1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər