Azərbaycanın paragüllə atıcısı Serbiyada qızıl medal qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyada keçirilən Novi Sad Qran-prisində qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən 1news.az-a verilən məlumata görə, o, 10 metr məsafədən (P1) atəş açmada uğurlu olub.
Azərbaycan təmsilçisi 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
72