Azərbaycanın Mərakeş Krallığındakı səfiri ilə Mərakeşin paytaxtı Rabat şəhərinin meri arasında görüş keçirilmişdir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Mərakeş Krallığındakı səfiri ilə Mərakeşin paytaxtı Rabat şəhərinin meri arasında görüş keçirilmişdir - FOTO

20:32 - 02 / 09 / 2025
Azərbaycanın Mərakeş Krallığındakı səfiri ilə Mərakeşin paytaxtı Rabat şəhərinin meri arasında görüş keçirilmişdir - FOTO

2025-ci il sentyabrın 2-də Azərbaycanın Mərakeş Krallığındakı səfiri ilə Mərakeşin paytaxtı Rabat şəhərinin meri xanım Fatiha Əl Mudni arasında görüş keçirilmişdir.

2025-ci il sentyabrın 2-də Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeşin paytaxtı Rabat şəhərinin meri xanım Fatiha Əl Mudni arasında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycanla Mərakeş arasında mövcud dostluq münasibətlərinə istinad edilmiş, xüsusilə son dövrlərdə müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə edilmişdir. Qarşılıqlı səfərlərin bu əlaqələrin dərinləşdirilməsinə mühüm töhfə verdiyi vurğulanmış, 2024-cü ilin oktyabrında Heydər Əliyev Fondunun Vitse-Prezidenti xanım Leyla Əliyevanın Mərakeşə, cari ilin mayında isə, Mərakeş Kralının bacısı, Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin əhəmiyyəti qeyd olunmuşdur.

Yerli hakimiyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinin də önəmi ön plana çəkilərək, xüsusilə iki paytaxt şəhər, Bakı və Rabat arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Bu kontekstdə, Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş Bakı və Rabat şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən Anlaşma Memorandumunun tezliklə imzalanacağına ümidvar olduğumuz Mərakeş tərəfinin diqqətinə çatdırılmışdır. Rabat şəhərinin meri Bakı şəhəri ilə daha dərin əlaqələrin formalaşmasında maraqlı olduqlarını bildirmiş, mümkün birgə layihələrin nəzərdən keçirilməsinin faydalı olacağını əlavə etmişdir. Sonda, Rabatın merinə ünvanlanmış cari ilin oktyabrında Xankəndi və Bakıda təşkil ediləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakla bağlı dəvət məktubu qarşı tərəfə təqdim edilmiş və xanım F.Əl Mudninin bu dəvəti qəbul edərək növbəti ay ölkəmizə səfər edəcəyinə ümidvar olduğumuz ifadə edilmişdir.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər