Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib

14:55 - Bu gün
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib

Şirvanda avtoxuliqanlıq edən sürücü tutulub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
148

Son xəbərlər

Bütün xəbərlər