Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik edib

Qafar Ağayev11:32 - Bu gün
Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik edib

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları xanım Denize Bronzettiyə və cənab İtalo Riqiyə məktub anvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər