Füzulidə açıq sahədə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə açıq sahədə yanğın olub

Qafar Ağayev09:51 - 04 / 09 / 2025
Füzulidə açıq sahədə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 60 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
143

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər