Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı "şəxsi kabinet" bölümündən əldə edə bilərlər.
Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.