2025-ci ilin ikinci Günəş tutulması bu tarixdə baş verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

2025-ci ilin ikinci Günəş tutulması bu tarixdə baş verəcək

11:44 - Bu gün
2025-ci ilin ikinci Günəş tutulması bu tarixdə baş verəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək.

Bu, qismən Günəş tutulmasıdır.

Bu barədə 1news.az-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər