Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.
1news.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!".
66