Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - FOTO - YENİLƏNİB

13:45 - Bu gün
Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - FOTO - YENİLƏNİB

Bir azdan Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən C.İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

****

13:20

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet Bakı oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanovla vida mərasimi keçirilir.

1news.az Trend-ə istinadən xəbər verir ki, mərhum 49 yaşında idman zalında infarkt nəticəsində dünyasını dəyişib

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər