Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb

Qafar Ağayev10:51 - Bu gün
Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında ilk qızıl medalı qazanıb.

1news.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında uğurlu nəticəyə imza atıb. Rusiya təmsilçisi İlia Yamşanov ikinci olub. Belaruslu Maksim Malişka isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycanın digər üzgüçüsü Yeqor Maynitski isə 200 metr məsafəyə bras üsulu ilə üzmədə bürünc medala sahib çıxıb.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər