Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

Qafar Ağayev17:54 - Bu gün
Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər