600-ə yaxın tələbə ödənişsiz təhsil alma hüququ qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

600-ə yaxın tələbə ödənişsiz təhsil alma hüququ qazanıb

Qafar Ağayev13:05 - Bu gün
600-ə yaxın tələbə ödənişsiz təhsil alma hüququ qazanıb

2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

"Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib", - məlumatda qeyd olunub.

Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər