Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir - YENİLƏNİB

15:17 - Bu gün
Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir - YENİLƏNİB

Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.

1news.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

Hazırda S. Hacızasənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

13:35

Tovuz rayonunda 29 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.

1news.az-ın "Report"a istinadən məlumatına görə, Tovuz rayonu Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Hazıcadədir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
117

Son xəbərlər

Bütün xəbərlər