Holcim Azərbaycan “yaşıl məhsullarını” beynəlxalq inşaat sərgisində təqdim edir - FOTO

Bu il “BakuBuild” İnşaat sərgisində Holcim Azerbaijan həm tikinti şirkətləri üçün, həm də fərdi istehlakçılar üçün nəzərdə tutulmuş geniş çeşiddə innovativ “yaşıl” məhsullarını təqdim edir.
“Holcim Azərbaycan tikinti materialları istehsalı sahəsində müstəqil beynəlxalq auditorlar tərəfindən təsdiqlənmiş “EPD” sertifikatını - yəni Məhsulun Ekoloji Bəyannaməsini əldə edən ilk şirkətdir,” - deyə Holcim Azerbaijan-ın kommersiya direktoru Namig Tapdıgov qeyd etdi. “Bu sertifikatın əldə olunması bizim üçün Azərbaycanda tikinti sənayesinin “yaşıl” inkişafına dəstəyimizin təsdiqidir.”
Eyni zamanda Holcim geniş istifadə sahəsinə malik TECTOR quru qarışıqları və yapışdırıcılarını təqdim edir. Bu məhsullar döşəmə və kafel yapışdırılması, istilik və su izolyasiyası, dekorativ fasadlar və təmir işləri üçün ideal həlldir.
Şirkət həmçinin sement istehsalında və iri tikinti layihələrində istifadə olunan CORSO kimiyavi qatqılarını nümayiş etdirir. CORSO betonun keyfiyyətini artırır və istehsal prosesində resurslara qənaət edir. Bu məhsullar həm məhsuldarlığı yüksəldir, həm də ətraf mühitə müsbət təsir göstərir.
İlk dəfə Holcim yeni TONE boyalar seriyasını da təqdim edib. Bu boyalar həm kiçik təmir işlərində, həm də böyük tikinti layihələrində İstifadə oluna bilər.
Bundan əlavə, Holcim innovativ və ekoloji GEOBRICK kərpicini nümayiş etdirir. Təbii əhəngdaşı və sementdən hazırlanan bu kərpicin hamar səthi suvağa olan tələbatı azaldır, tikinti sürətləndirir və divarlara səliqəli görünüş verir. Bu material sayəsində 120 m² sahəsi olan evin divarlarını cəmi altı həftəyə tamamlamaq mümkündür.
Bu həllərin hər biri Holcim-in “İnsanlar və Planet üçün İnkişafı Qururuq” fəlsəfəsini əks etdirir və Azərbaycanın müxtəlif bölgələrində ekoloji və davamlı tikinti mühitinin formalaşmasına töhfə verir.
Reklam hüququnda