Qaradağda palçıq vulkanının aktivliyi dayanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda palçıq vulkanının aktivliyi dayanıb

16:32 - Bu gün
Qaradağda palçıq vulkanının aktivliyi dayanıb

Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, Otman Bozdağ Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxildir. Azərbaycanın aktiv palçıq vulkanlarından hesab edilən təbiət hadisəsində son püskürmə 2018-ci il sentyabrın 23-də qeydə alınıb.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər