Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

1news Redaksiyası15:23 - 16 / 10 / 2025
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Paylaş:
890

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər