Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb

11:18 - 16 / 10 / 2025
Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Ədliyyə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, əməliyyat nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər