40 milyona yaxın siqaretin qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

40 milyona yaxın siqaretin qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alınıb

Qafar Ağayev17:50 - Bu gün
40 milyona yaxın siqaretin qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alınıb

Cari ilin 9 ayı ərzində qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər