“Hilton Garden Inn Baku” – Qonaqpərvərlik dolu ilk il! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hilton Garden Inn Baku” – Qonaqpərvərlik dolu ilk il! - FOTO

17:30 - Bu gün
“Hilton Garden Inn Baku” – Qonaqpərvərlik dolu ilk il! - FOTO

Bugün “Hilton Garden Inn Baku” fəaliyyətinin 1 illiyini böyük sevinc və qürurla qeyd edir!

2024-cü ilin noyabrında qapılarını ilk qonaqlarına açan “Hilton Garden Inn Baku”, 195 rahat və zövqlə dizayn edilmiş otağı, müasir infrastrukturu, peşəkar komandasıHilton brendinə xas xidmət standartları ilə həm yerli, həm də beynəlxalq qonaqların sevimli ünvanına çevrilib.

Hilton Garden Inn Baku, səyahət məqsədindən asılı olmayaraq hər bir qonağa fərdi yanaşma təqdim edir. Hotelin müasir interyer dizaynı, rahat atmosferifunksional planlaşdırılmış məkanları sayəsində həm işgüzar səfərlər, həm də istirahət üçün ideal şərait yaradılıb.
Hotelin “Together & Co.” restoranı isə həm yerli, həm də beynəlxalq mətbəxin ən dadlı təamlarını təqdim edir. İstər səhər yeməyi, istərsə də axşam ailəvi nahar və ya tədbir üçün bu məkan, rahatlıq və zövqün mükəmməl balansını təklif edir.

Hilton Garden Inn Baku-nun uğurunun əsasını insanlar – peşəkar, enerjili və qonaqpərvər komandası təşkil edir. Bir il ərzində otel komandası yüzlərlə yerli və xarici qonağı qarşılayaraq onlara Hilton keyfiyyətini və Azərbaycan qonaqpərvərliyinin səmimiyyətini bir arada təqdim edib.

Hotelin direktoru Rəsul Mürsəqulov bu münasibətlə bildirib:

“Bu gün Hilton Garden Inn Baku-nun fəaliyyətinin ilk ilini qeyd etmək bizim üçün qürurverici hadisədir. Bizim məqsədimiz sadəcə qonaqlara rahat qalma yeri təqdim etmək deyil – onların hər birinə isti münasibət, mükəmməl xidmət və unudulmaz təcrübə bəxş etməkdir.
Qarşıdakı illərdə də xidmət səviyyəmizi daha da yüksəldərək, həm şəhərimizin, həm də ölkəmizin qonaqpərvərlik sektoruna töhfə verməyə davam edəcəyik”.

“Hilton Garden Inn Baku” haqqında

Hilton ailəsinin bir üzvü olan “Hilton Garden Inn Baku”, müasir dizayn, rahatlıq və yüksək xidmət keyfiyyətini bir araya gətirir. Otel 195 otaq, “Together & Co” restoranı, iclas və tədbir zalları, 24/7 fitness mərkəzi, həmçinin “Pet-Friendly” konsepsiyası ilə fəaliyyət göstərir və ev heyvanları ilə səyahət edən qonaqlar üçün də ideal şərait yaradır.

📍 Ünvan: Sərabski küçəsi 657, Bakı
📞 Tel: +994 10 565 12 34
📧 E-mail: [email protected]

Reklam hüququnda

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər