Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Siyasət

Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib

1news Redaksiyası12:56 - 08 / 11 / 2025
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
478

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər